"Qarabağ"a Qurban olaq?! YAZI

16:50 - 31 Avqust 2014

Atlı At
 
Atalar yaxşı deyib: “Ata minmək bir ayıbdı, düşmək iki”. Qarabağ atlıları Hollandiya atlarını sözün hər mənasında minməyi bacardı. Amma di gəl ki, burdan düşmək də var. Bəlkə düşməyək?! Necə də rahatdı e, at belində Avropanı gəzmək. İtaliyanı, Fransanı, Ukraynanı. Bəh-Bəh. Dəli şeytan deyir, yolüstü olmasa da, çap get Ermənistana. Gözəl arzulardı. İnşallah, o da olar. Hər nəysə, keçək əsas məsələyə. Bir daha ataların dediklərinə baxsaq, görərik ki, belə bir misal da var: “Atı atın yanına bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar” . Bu nöqteyi-nəzərdən də baxsaq görərik ki, rənglər məsələsi heç, razilaşmaq olar. Ama bu xasiyyət məsələsi yaman qəliz oldu. İndi biz nə bilək ki, Reynaldonun Martinayla xasiyyəti tutuşdu. Əşi, bu da düzələr. 
 
 
“Qarabağ”a Qurban olaq?!
 
Deyir : “Qarabağa qurban olaq”. Mən razı. Tarixə baxsaq görərik ki, Qarabağ uğrunda özünü qurban verən igid oğullarımız çox olub. “Vətən sağ olsun” deyib canlarınnan keçənlər daim qəlbimizdədi. Uzun illərdən sonra azarkeşi stadiona qaytaran Qarabağ üçün qurban olmağa, hər şey bir qırağa, şərəfli adı üçün dəyər. 6 illik əməyindən sonra atlıları Avropa Liqasının qrup mərhələsinə çıxaran Qurban Qurbanov, Qarabağ üçün qurban olmadımı?! İndi belə bir sual ortaya çıxır : Qarabağ üçün bir “QURBAN” bəs deyil?. Çox azarkeşlər deyirlər ki, Qurban Qurbanov gəlsin milliyə. Niyə gəlsin? Gəlib, babalarımız demişkən “nemestin” çörəyinə bais olsun? Yaraşmaz axi...! Ahıl yaşlarında bir tikə çörək üçün millimizə gələn birini necə geri çevirək? Axı biz qonaqpərvər xalqıq. Necə deyərlər Qurban elə Qarabağa “qurban” olsa yaxşıdı !
 
 
Atları yəhərliyin!
 
Hazırsız? Stadionda 90 dəqiqə “ Qarabağ” deyə səslənməyə. Elə-belə atlar deyilə. Təmiz Qarabağ atlarıdı. Düşmənlərimizin xəritəsində erməni torpaqları kimi bilinən Ağdamın klubudu. Bu saxtakarlığa qarşı Atlılarımız Avropada “çaparaq” hər kəsə sübut edəcəklərki, Ağdamın “Qarabağ” klubu haranın atlılarıdı. Klubda bir çox legionerlər də olsa, hamısı at çapmağı öyrəniblər. Sambacı Reynaldo atı necə çapırsa, qırmızı kart alanda da azarkeşlər tərəfindən alqışlanır. Biz azarkeşlərə nə düşür?! Stadiona gəlib dəstək olmaq. Ancaq gəlin biz azarkeşlər yəhərimizi semiçka ilə yox, bayrağımızla edək!
 
Orxan HƏSƏNQULİYEV

Xəbər xətti