PFL prezidentinə sərt ismarıc: "Əziz Ramin müəllim, elə edin ki, mənə şikayət gəlməsin haa..."

00:01 - 1 Sentyabr 2014

"Belə getsə, bu il futbol üzünə həsrət qalacağıq"
 
"Araz Naxçıvan”ın Premyer Liqadan imtina qərarına "Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, əslən Naxçıvandan olan Cabbarov öz "facebook” səhifəsində Peşəkar Futbol Liqasını (PFL) və AFFA Hakimlər Komitəsini sərt tənqid edib.
 
"Azərbaycanda çempionat 1 ay deyil ki, başlayıb, PFL və Hakimlər Komitəsi yenə öz "köhnə peşə”lərini davam etdirirlər. Bütün naxçıvanlıların qüruru "Araz Naxçıvan”ın əsasən də yerli oyunçularla çempionata rəng qatması son dərəcə təqdirəlayiq addım idi. Amma bu kluba dəstək verilmək yerinə, iki oyun səfərdə ard-arda qərəzli şəkildə qapılarına penalti təyin edilməsi və rəqib qapıya olan penaltinin verilməməsi gərginliyi bir az da artırıb. Çox hörmətli PFL və Hakimlər Komitəsi, məncə, siz əvvəlki illərdən daha da dəqiq və diqqətli olmalısınız. Onsuz da atdığınız addımlar olan-qalan sponsorların da səbrini daşırıb. Belə getsə, bu il futbol üzünə həsrət qalacağıq. Böyük azarkeş kütləsi olan Gəncədə, Tovuzda futbolu bitirdiniz. Heç olmasa, Naxçıvan kimi güclü, həm də humanist, qonaqpərvər bir yerdə futbolun axırına çıxmayın. Əziz Ramin müəllim, hakimlərinizə tapşıranda adını çəkmədiyim klub kimi deyin: "Elə edin ki, mənə şikayət gəlməsin haa...” Bax bu üç kəlmə yetər”.

Xəbər xətti