Muntyanu futbolçudan razı deyil
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu daha bir futbolçunu əsas komandadan uzaqlaşdırılıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, bu müdafiəçi Elnur Allahverdiyevdir. Belə ki, baş məşqçi nə intizamından, nə də məşqlərdəki iştirakından xoşu gəlməyib. Premyer Liqanın 4-cü turunda AZAL-la matçda isə Elnur Allahverdiyevin adı ümumiyyətlə ilk "18-liy"ə salınmayıb.Allahverdiyev bir müddət əvəzedici heyətlə məşq etməli olacaq.
Digər bir məlumata görə, bu, baş məşqçinin futbolçuya son xəbərdarlığıdır. Əgər futbolçu özünü yaxşı tərəfdən göstərməsə, o zaman komandadan göndəriləcək.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə bu xəbərə belə münasibət bildirdi:
"Heyətdən uzaqlaşdırılmayıb, sadəcə futbolçunun hazırlıq səviyyəsi baş məşqçini qane etmədiyi üçün heyətə düşə bilmir".
saytlarin hazirlanmasi