"Araz Naxçıvan" rəsmisindən Xaqani Məmmədova: "Bəs niyə demirsən topun istiqaməti dəyişəndə penalti təyin olunmalıdır?"

16:50 - 1 Sentyabr 2014

"Özünə oxşatdığa çalışdığın hakimlərə yazığın gəlsin, cənab Məmmədov"
 
Bu gün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibəsində "Sumqayıt" - "Araz Naxçıvan" (1:0) matçındakı mübahisə epizodlara aydınlıq gətirib və "Araz Naxçıvan"ın etirazlarını əsassız sayıb.
 
Sportal.az xəbər verir ki, bu müsahibəyə "Araz Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Ceyhun Məmmədov öz facebook səhifəsində reaksiya göstərib:

"Xaqani Məmmədov müsahibə verib və çox "incə" məqamlara toxunub. Bir epizod deyim: əvvəllər kamera olmayanda maşın kimisə vururdusa, vuran adam bunu boynuna almırdı və məscidə gedib qurana əl basırdı ki, Allah haqqı mən etməmişəm (halbuki qurana əl basıb). İndi də hakim. Bilərəkdən ələ top dəyməyib - bu nə absurd fikirdir. Hansı ağılsız müdafiəçi bilərəkdən əli ilə oynayır? Eləcə tutub oyun qaydalarının 12-ci bəndindən.Oxumuşuq, bilirik, görmüşük bu 12-ci bəndi. Özünə oxşatmağa çalışdığın hakimlərə yazığın gəlsin, cənab Məmmədov. Çünki karyeraları yeni başlayır. Deyir ki, müdafiə olunan komandanın üzvünün əlinə topu rəqib futbolçu vurur. Bəs kim vurmalıdır: hakim, yoxsa öz futbolçusu? Bəs niyə demirsən topun istiqaməti dəyişəndə penalti təyin olunmalıdır?

Qısası, özünüzü gülünc vəziyyətinə qoymayın. ya da Premyer Liqanın oyunlarına gələndə hakim-inspektorlara quran verin gətirsin. Əllərini yumaları yaddan çıxmasın - qurana basacaqları üçün. Qərar verməmişdən öncə futbolçunun da əlini qurana basdırsın, sonra qərar versin".
 
Xaqani Məmmədovun verdiyi müsahibəni bu link vasitəsi ilə daxil olub oxuya bilərsiniz: http://sportal.az/?goal=news&id=44189

Xəbər xətti