"Bakı" da hakimlərdə şikayət etdi: "Qoy, ölçü götürsünlər" VİDEO

00:06 - 2 Sentyabr 2014

"Burada penaltilik bir şey yoxdu"
 
"Bakı” futbol klubu dünən “Qarabağ”a qarşı keçirilən matçın baş hakimi Ramil Diniyevin idarəçiliyindən narazı qalıb.
 
Sportal.az xəbər verir ki, bu haqda “Bakı”nın katibi Zəka İbrahimov açıqlama verib:

“Oyun ərzində Ramil Diniyevin qəbul etdiyi bəzi qərarlar səhv idi. Xüsusən də qapımıza təyin olunan penalti epizodu. Orada hər hansı bir penaltidən söhbət gedə bilməz. Oyunun icmalına baxdıqda da bu, açıq-aşkar görünür. Burada penaltilik bir şey yoxdu. Odur ki, PFL-ə bu haqda etirazımızı bildirəcəyik. Qoy, ölçü götürsünlər”.

 

Xəbər xətti