Yeni ot örtüyü gətirilir
"Qarabağ" Avroliqadakı rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Sportal.az xəbər verir ki, tezliklə mərkəzi arenanın ot örtüyü dəyişdirləcək.
Bu barədə razılıq da əldə olunub. Belə ki, AFFA, Gənclər və İdman Nazirliyi və Respublika stadionunun rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı qazonun dəyişdirilməsinə qərar verilib. 16 gün ərzində stadionun ot örtüyü yenisi ilə əvəz olunacaq.
Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk matçını sentyabrın 18-də Respublika stadionunda "Sent Etyen"ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi