Kamerunlu futbolçu adı "Simurq"la oyunun "18-liy"inə salınmayıb. Zədəsi olduğu deyilən futbolçu yaxın günlərdə müalicə adı ilə ölkəni tərk edəcək və geri qayıtmayacaq. Hazırda "Neftçi" Nforla danışıqlar aparır. Paytaxt klubu kamerunlu forvardın müqaviləsini pozmağa çalışır.
Qeyd edək ki, "Neftçi" Bruno Bertuççini bir neçə gün əvvəl Braziliyaya göndərib. Zədəli olduğu deyilən futbolçu əslində vətəninə onu heyətinə qatmaq istəyən klubla danışıqlar aparmağa gedib. "Neftçi" rəhbərliyi Bertuççi və Nforla yollarını ayırmaqla klubun xərclərini azaltmağa çalışır. Nikolas Kanalesi geri qaytaran paytaxt klubu bu transferin xərcələrini iki futbolçudan çıxarmaq istəyir.