"Qarabağ" Dnepropetrovska yollanmayacaq

00:12 - 3 Sentyabr 2014

UEFA qərarını verdi
 
UEFA Ukrayna klubları ilə bağlı qərarını açıqlayıb.
 
Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu siyasi gərginliklə əlaqədar olaraq Dnepropetrovsk, Xarkov və Odessada Avroliqa matçlarının keçirilməsinə qadağa qoyub. Bu isə o, deməkdir ki Avroliqanın qrup mərhələsi çərçivəsində “Qarabağ” “Dnepr”lə səfər matçını Dnepropetrovskda keçirməyəcək.

Böyük ehtimalla, “Dnepr” Avroliqadakı ev oyunlarını Kiyevdə keçirəcək

Xəbər xətti