Sportal.az xəbər verir ki, "Forza" məlum olmayan səbəblərə görə fəaliyyətinə son qoyub və artıq fan-klubun sosial şəbəkələrdəki hesabları da silinib.
Beləliklə, paytaxt klubunun ən böyük azad azarkeş qrupu bundan sonra "Neftçi"nin oyunlarına gəlməyəcək.
Qeyd edək ki, "Neftçi"nin "Partizan"la Avroliqanın pley-off matçı öncəsi baş vermiş məlum hadisədən sonra "Forza"nın bir neçə fəal üzvü həbs olunmuşdu.