"İlk olaraq, diz bağlarımın qopduğu deyilirdi"
Az öncə "Xəzər lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının millinin məşqində zədələnərək, hətta qoyulan proqnozlara görə, onun diz bağlarının qopduğu xəbərini vermişdik.
Bu məsələyə gənc qapıçı ilk olaraq Sportal.az-a açıqlamasında aydınlıq gətirdi:
"İlk olaraq, milli komandada həkim yoxlanışına getdim, orda mənə diz bağlarımın qopduğunu dedilər, bu da mənim uzun müddət futboldan kənar qalacağım anlamına gəlirdi.
Dünən komandanın düşərgəsində həkimə getdik, MRT yoxlanışın cavbaları bu gün gəldi, burda isə diz bağlarımın qopmadığı sadəcə möhkəm əzildiyi nəticəsi gəldi. Hazırda 4-5 gün istirahət lazımdır, ondan sonra məşqlərə başalaycam".
saytlarin hazirlanmasi