Böyükağa Hacıyev istefa verdi

21:09 - 3 Sentyabr 2014

Təcrübəli mütəxəssis klubdan ayrılıb
 
Baş məşqçi Böyükağa Hacıyev "Neftçi"ni tərk edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubun prezidenti Sadıq Sadıqov-a istefa ərizəsini göndərib. Sadıqov isə bu istefanı qəbul edib. Böyükağa Hacıyev istefanın ardından fikilərini klubun saytı ilə bölüşüb:
 
“Yorulmuşam. İstirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”.

Xəbər xətti