Lippert bu məsələyə bir cümlə ilə aydınlıq gətirdi
Dünən Azərbaycanın U-21 yığması AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Bakıda İsraillə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, bir neçə dəqiqə sonra başlayacaq qarşılaşmanın iştirak ərizəsində millimizin heyətindəki futbolçulardan biri xüsusi diqqət çəkir.
Bu, ehtiyat oyunçular arasında yer alan qapıçı Maksim Vaylodu. Maraqlıdı ki, AFFA bir neçə gün öncə U-21-in İsrail və Portuqaliya ilə oyunlar üçün heyətini açıqlayanda bu futbolçunun adı siyahıda göstərilməmişdi. İndi birdən-birə Vaylonun yığmamızın rəsmi oyununun iştirak ərizəsində yer alması təəccüb doğurmaya bilməz.
Lippert bu futbolçunun milliyə çağrılmasına belə aydınlıq gətirdi: "Bildiyim ancaq odu ki, onun keçmişində kimsə azərbaycanlıdı"
saytlarin hazirlanmasi