Azərbaycan futbolu... Bu söz eşidiləndə kimisinin üzündə gülüş, kimisinin əsəb, kimisinin isə “ə, maa futbol lazımdı?” sayağı mimika görmək olar. 24 illik müstəqilliyimiz olmasına baxmayaraq, futbolumuzun hələ də istədiyimiz səviyyəyə çatmaması hər kəsin məlumudur.
Burdan bir sual ortaya çıxır ki, bizim istədiyimiz səviyyə necədir? Ümumiyyətlə biz nə istəyirik? Vallah, sizi bilmirəm, mən istəyirəm ki, futbolu öz adına uyğun olaraq topla oynanan ayaq qismində görüm. Hamı deyə bilər ki, niyə ayaqla oynanan top yox, məhz topla oynanan ayaq! Bu, bəziləri kimi “ayağ”a olan maraqdan yox, “foot”a olan maraqdan irəli gəlir.
Hər şey bir qırağa... 2015-ci ildə ilk qar da yağdı. Necə ki, hər il yağır, indidə elə yağdı. Amma, bu qar başqa qardıe. Elə bir Xorvatiyadan tutub gətirmisən ki, “yağ başımıza”. Qoy yağsın. Təki başımıza qar yağsın, kül yox. Sonda, “nemes” qarı kimi deməyək ki, “kül başımıza”. Hələlik “qar başımıza” deyək, görək nə olur....
Bəlkə yağan yağış deyil.... Əstafrullah. Korsan? Elə yağış deyil də, qardıe qar! Hansı ki, Elxan Məmmədovun AFFA-nın pəncərəsindən baxa-baxa “Prosineçki dedim, vsyo!” kəlməsi ilə birlikdə asfalta tərəf narın-narın düşən tüpürcəyin, Rövnəq Abdullayevin Berti əmini “qavaladığı” zaman buraxdığı tərin buxar olub göylərə qalxmasından və birlikdə vəhdət təşkil edərək stadionlarımıza(tarlalarımız) yağan qar. Başa düşdün? –Yox! (elə düşməsən yaxşıdı)
Növbəti “qar” ümidi ilə...
Orxan Həsənquliyev
saytlarin hazirlanmasi