Hollandiyada yol qəzası keçirən ulduz futbolçu Serxio Aquero qəzayla bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu qabırğasında qırıq olduğunu bildirib:
“Taksi sürücüsü idarə etməni itirdi və maşın dirəyə çırpıldı. Çox ağrıdım. Hal-hazırda yalnızca sağalmağa köklənmişəm”.
İngiltərə mətbuatının verdiyi məlumata görə, argentinalı oyunçunun durumu o qədər də ciddi deyil və forvard 2-4 həftə arası yaşıl meydanlardan kənarda qalacaq.
saytlarin hazirlanmasi