“Arsenal” “Mançester Yunayted”dən onu istəyir

17:40 - 8 Oktyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” komandadan ayrılacağı ehtimal olunan Aleksis Sançesin yerinə “Mançester Yunayted”in futbolçusu Antoni Martialı rənglərinə bağlamaq istəyir.


Sportal.az ingilis mətbuatına istinadən xəbər verir ki, “topçular” 21 yaşlı hücumçu üçün 55 milyon avro ödəməyə hazırdı.


Bu mövsüm iştirak etdiyi 9 oyunda 4 qol vuran və 5 məhsuldar ötürmə edən fransız oyunçu buna baxmayaraq, yalnızca 1 liqa matçında start heyətdə meydana çıxıb.


Qeyd edək ki, Marsial daha çox oynamaq üçün London təmsilçisinə keçməyə müsbət yanaşır. “Arsenal” isə forvarda daha çox forma şansı vermək niyyətindədi.

 

Xəbər xətti