İngiltərə Premyer Liqasında mübarizə aparan “Stok Siti”nin futbolçusu Piter Krauç “Ginnesin rekordlar kitabı”na düşüb.
Sportal.az xəbər verir ki, 2.01 metrlik boyu olan ingilis oyunçu Premyer Liqada baş zərbəsiylə 51 qol vurmaqla “Ginnesin rekordlar kitabı”na düşüb.
Öz rekordunu keçə biləcək yeganə futbolçunun Endi Kerroll olduğunu deyən 36 yaşlı hücumçu: “Zənn edirəm ki, hələlik mənim rekordumu sadəcə Endi Kerroll keçə bilərəm. Mərkəz hücumçusu qapıçı meydançasında özünə yer tutmalıdı. Komanda yoldaşlarım ağlımı oxuyur, bu da işimi asanlaşdırır”.
Qeyd edək ki, bundan əvvəl rekord 46 qolla Alan Şirerə məxsus idi.