Millimizlə oyunda zədələnən oyunçunun durumuna aydınlıq gəldi

12:50 - 12 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsində millimizilə oyunda (5:1) zədələnən Almaniya millisinin üzvü Şkodran Mustafinin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisi 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "topçular"ın çalışdırıcısı Arsen Venger jurnalistlərə açıqlamasında məlumat verib.

 

Qeyd edək ki, Mustafi Ramil Şeydayevin qolu zamanı zədələnmişdi və 36-cı dəqiqədə oyunu yarımçıq tərk etmişdi.

Xəbər xətti