İngiltərədə ayın ən yaxşıları məlum oldu

22:27 - 13 Oktyabr 2017

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisinin və oyunçusunun adına aydınlıq gəlib.


Sportal.az xəbər verir ki, ayın ən yaxşı baş məqşçisi “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola seçilib.

“Şəhərlilər” bu ay ərzində çıxdığı 4 oyunda da qələbə qazanıb.


Premyer Liqada ayın ən yaxşı oyunçusu isə “Tottenhem”in hücumçusu Harri Keyn seçilib. İngilis futbolçu “Everton”, “Vest Hem” və “Haddesrfild Taun”la oyunların hər birində dubla imza atıb.


Həmçinin, “Mançester Yunayted”in müdafiəçisi Antonio Valensiyanın “Everton”a vurduğu qol ayın ən yaxşı qolu seçilib.

 

Xəbər xətti