Morata məşqlərə başladı

17:34 - 16 Oktyabr 2017

"Çelsi"nin futbolçusu Alvaro Morata zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, ispan hücumçu komanda ilə ümumi məşqlərə başlayıb. O, baş məşqçi Antonio Konte şans verəcəyi təqdirdə, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Roma"ya qarşı matçda oynaya biləcək.

 

Qeyd edək ki, 25 yaşlı forvard Premyer Liqada "Mançester Siti" ilə oyunda (0:1) zədələnmişdi.

Xəbər xətti