Antonio Konte: "Bəzən futbola nifrət edirəm"

15:54 - 17 Oktyabr 2017

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Çelsi"nin baş məşqçisi Antonio Konte maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, italyan mütəxəssis "GQ" nəşrinə özəl açıqlamalar verib. O, bəzən futbola nifrət etdiyini deyib:

 

"Bu işi görmək, böyük baş məşqçi olmaq istəyirsinizsə, həyatınızı fəda etməyə məcbursuz. Futbola aşiqəm. Amma bəzən də nifrət edirəm.

 

Gün ərzində sadəcə 4-5 saat yatıram və bəzən yatağa gedəndə də ağlımda yalnız futbol olur. Belə bir vəziyyətdə yuxu görməyimiz də çətindi. Səhərlər saat 5 və ya 6-da oyanıram və tez işimə başlayıram. Gözlərimiz açar-açmaz yenidən futbolu düşünməyə başlayıram".

Xəbər xətti