Premyer Liqa klubunda baş məşqçi istefası

21:05 - 17 Oktyabr 2017

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. 

 

Sportal.az xəbər verir ki, "Lester Siti" baş məşqçisi Kreyq Şekspiri istefaya göndərib. Buna klubun son vaxtlar uğursuz çıxış etməsi səbəb olub. Belə ki, "tülkülər" bu mövsüm Şekspirin rəhbərliyi altdında daxili çempionatda 8 oyuna 6 xal toplayıb və bu göstərici klub rəhbərliyini razı salmayıb. 

 

Qərara əsasən, mütəxəssis bu gün klubdan uzaqlaşdırılıb. 

 

Qeyd edək ki, Şekspir bu postda Klaudio Ranyerini əvəzləmişdi. 

Xəbər xətti