Konte: "Bunu hiss etsəm, işimə köklənə bilmərəm"

11:02 - 24 Oktyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Çelsi"nin baş məşqçisi Antonio Konte açıqlama verib.

 

Sportal.az xəbər verir ki, itaiyalı mütəxəssis baş məşqçi postundan qovulacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

 

"Açığı, bu xəbərlərə diqqət ayırmıram. Klubun məni qovmaq istəyib-istəməməsi üzərimdə əlavə təzyiq yaratmır. Bunlar futbolun içində oln şeylərdir. Əgər 2 ya da 3 oyun uğursuzluğluqla üzləşsək və mən qovulsam, bu, onların qərarıdır. Mən burada xoşbəxtəm və işimi görürəm. Qovulmaq xəbərlərini hiss etsəm, işimə köklənə bilmərəm".

 

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın turnir cədvəlində 16 xalla 4-cüdür.

Xəbər xətti