"İbrahimoviçdən qazanacağım pul uşaqlarımın məsrəflərini qarşılamaq üçün yardım olacaq"

11:22 - 24 Oktyabr 2017

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, hər zaman açıqlamaları ilə diqqət çəkən agentin bu dəfəki sözləri də gündəmi zəbt edib. O, İbrahimoviçin gələcəyi ilə bağlı da danışıb:

 

"Zlatan hələ üst səviyyədə oynamaq gücünə sahibdir. Hazırda 36 yaşı var və məncə, 5-6 mövsüm də asan şəkildə oynaya biləcək. Bunu özünə də demişəm. Hətta bir söhbətimizdə ona zarafatla "Zlatan, 5-6 mövsüm də oyna ki, mən də sənə görə bolluca pul qazanım" dedim. O, döyüşçü ruhuna sahibdir".

 

Rayola sözlərinə belə davam edib:

 

"Zlatan üçün uzun illər çalışıram. Gözəl münasibətimiz var. Uşaqlarım böyüyür və İbrahimoviçdən qazanacağım əlavə pul onların məsrəflərini qarşılamaq üçün mənə yardım olacaq".

 

Qeyd edək ki, “Mançester Yunayted”lə yeni 1 illik müqavilə imzalayan Zlatan ötən mövsüm “qırmızı-şeytanlar”ın heyətində 46 oyunda 28 qola imza atıb.

Xəbər xətti