Peres: "Tottenhem" Hari Keynə görə 250 milyon avro istəyir"

15:45 - 24 Oktyabr 2017

Son vaxtlar əla çıxışı ilə seçilən Hari Keynin adı “Real”la çəkilməkdə davam edir.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun rəhbəri Florentina Peres iddiaları təsdiqləməyib.

 

İspaniya mətbuatına danışan Peres “Keynin inkişafı üçün illər lazımdı, amma biz Kərim Benzema və bütün komandadan razıyıq” sözlərini deyib.

 

O, Keynin transferi üçün “Tottenhem” rəhbəri ilə danışmadığını bildirib: “Bu haqda “Tottenhem” rəhbəri ilə danışmamışam, çünki Keynə görə 250 milyon avro istəyərlər”. 

 

Qeyd edək ki, 24 yaşlı hücumçu 2017-ci ildə meydana çxıdığı 40 oyunda 47 qola imza atıb.

Xəbər xətti