"Portu"dan ayrılacağı iddia edilən İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 36 yaşlı qolkiperin adı “Liverpul”la hallanır. “Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp yeni qapıçı transferini rəhbərlikdən tələb edib. Bu səbəbdən də "əjdahalar"dan ayrılacağı gözlənilən Kasilyasın "Liverpul"la adı birgə hallanır.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2015-ci ildən “Porto”nun formasını geyinir.
saytlarin hazirlanmasi