Aquero klub tarixinə düşdü

11:55 - 2 Noyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Napoli” – “Mançester Siti” (2:4) matçı əlamətdar hadisə ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, qonaqların 3-cü qolunun müəllifi Serxio Aquero tarixə düşüb. Argentinalı hücumçu “şəhərlilər”in heyətində 178-ci qolunu vuraraq Erik Bruku qabaqlayıb və klub tarixinin ən yaxşı bombardiri olub.

 

Qeyd edək ki, 29 yaşlı Aquero 2011-ci ildən bu komandanın şərəfini qoruyur.

Xəbər xətti