"Çelsi"də ciddi itki

11:45 - 10 Noyabr 2017

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, londonluların hücumçusu Mişi Batşuayi sıradan çıxıb.

 

Belşikalı forvard millisinin düşərgəsində ayağından zədələnib. Belə olan halda Batşuayi millinin heyətindən kənarlaşdırılıb. O, Belçika yığmasının bu gün Meksika və noyabrın 14-də Yaponiya ilə yoldaşlıq görüşlərində şans qazanmayacaq. Londona qayıdan futbolçunun hansı müddətə sıradan çıxdığı həkimlərin müayinəsindən sonra bəlli olacaq.

 

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında növbəti oyununu noyabrın 22-də, Bakıda “Qarabağ”a qarşı keçirəcək.

Xəbər xətti