İsveçin dünya çempionatına vəsiqə qazanmasından sonra hamının gözü milli karyerasını başa vuran Zlatan İbrahimoviçə çevrildi.
Sportal.az xəbər verir ki, İsveç millisindən 2016-ci ildə keçirilən Avropa çempionatından sonra ayrılan forvardın yığmaya dönəcəyi siqnalları yayılır. Bununla bağlı İsveç mətbuatında sorğu keçirilib. Qadınlar və kişilər ayrıca sorğuda iştirak ediblər. "Zlatan İbrahimoviç milliyə geri dönsünmü?" sualına qadınların 34, kişilərin isə 30 faizi müsbət cavablandırıb.
"Zlatan İbrahimoviç milliyə geri dönsünmü?"
- Bəli - 31 faiz (Kişilər 30 faiz, qadınlar 34 faiz)
- Xeyr - 64 faiz (Kişilər 69 faiz, qadınlar 59 faiz)
- Qərarsız - 5 faiz (Kişilər 1 faiz, qadınlar 7 faiz)
"İsveç millisi İbrahimoviçsiz daha güclüdür?"
- Zlatanla daha yaxşıdır - 30 faiz
- Fərqi yoxdur - 31 faiz
- Zlatansız daha yaxşıdır - 34 faiz
- Qərarsız - 5 faiz
saytlarin hazirlanmasi