"Arsenal"ın baş məşqçisi Arsen Venger açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis gələcəkdə milli komanda çalışdıra biləcəyi haqda siqnallar verib:
"Hər zaman klub komandasını idarə etmək üçün lazım olan gücə sahib olmayacam. Bəlkə də 2022-ci il dünya çempionatı üçün hansısa milli komandanın "sükanı arxası"nda olacam. Bugünə kimi hər zaman klub atmosferi yaşamışam".
Qeyd edək ki, Venger 1996-cı ildən "Arsenal"ı çalışdırır.
saytlarin hazirlanmasi