"Arsenal" Özil və Sançes üçün qərar verəcək

12:46 - 16 Noyabr 2017

"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Aleksis Sançeslə Mesut Özil barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis aparıcı üzvlərlə bağlı qərarın verilmədiyini deyib:

 

"Mesut və Aleksis üçün qərar qəbul etməmişik. Dekabr ayında hər iki oyunçu ilə bağlı yekun qərar qəbul edəcəyik".

 

Venger öz gələcəyi haqda da danışıb. O, 2 il də "Arsenal"da çalışacağını deyib:

 

"Hər mövsümün sonunda klubla görüşüb, gələcəyi müzakirə edirik. İnkişafımız üçün qərarlar qəbul edirik. 2 illik müqaviləm var və buradan ayrılmayacam. Sözləşməmin sonuna kimi "Arsenal"dayam".

 

Qeyd edək ki, fransız mütəxəssis 1996-cı ildən "topçular"ın "sükanı arxası"ndadır.

Xəbər xətti