"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Çelsi" İngiltərə Premyer Liqasının 12-ci turunda səfərdə "Vest Bromviç"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında London klubunun baş məşqçisi Antonio Konte Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyuna da toxunub:
“Bilirik ki, səfərdə çox çətin matçımız olacaq. “Qarabağ”la oyun bizim üçün xüsusi olacaq. “Vest Bromviç”lə qarşılaşmadan sonra daha ağır matç olacaq. "Qarabağ"a kiçik komanda kimi baxmaq olmaz. Bu görüşün əhəmiyyəti çox böyükdür. Bakıda ancaq qələbə qazanmaq və növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Ağır Bakı səfərindən sonra isə "Liverpul"la görüşümüz var. 8 gün ərzində keçirəcəyimiz hər 3 matça ciddi hazırlaşırıq”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 22-si, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi