Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis təmsilçimizlə oyunu mövsümün ən vacib matçı adlandırıb:
“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Qələbə qazanacağımız halda biz ÇL-də 1/8 finala çıxacağıq. İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra 5-6 saat yol qət edəcəyik və üçüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.
Qeyd edək ki, sözügedən oyun noyabrın 22-i saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
saytlarin hazirlanmasi