"Mançester Siti"nin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in aparıcı futbolçularından olan Con Stonz sıradan çıxıb. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində "Lester"lə oyunun (2:0) 28-ci dəqiqəsində zədələnən 23 yaşlı müdafiəçinin durumu ciddidi. İlkin müayinədən sonra onun ən azı 6 həftə oynamayacağı müəyyənləşib. Bu isə İngiltərə millisinin üzvü üçün 2017-ci ilin başa çatması deməkdi.
Qarşılaşmadan sonra "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gənc müdafiəçinin durumu haqda danışıb:
"Həm Stonz, həm də bizim üçün çox şanssız bir durumdu. Çox sayda mərkəz müdafiəçisinə sahib deyilik. Amma buna baxmayaraq, yenə də komanda ruhu ilə bir həll yolu tapacağımıza əminəm".
saytlarin hazirlanmasi