Harri Keyn: "Məqsədim bütün karyeramı "Tottnehem"də keçirməkdi"

16:32 - 19 Noyabr 2017

Adı "Real"la hallanan "Tottenhem"in futbolçusu Harri Keyn açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu London təmsilçisindən ayrılmaq niyyətinin olmadığını bildirib. Kapitan karyerasını yalnız "Tottnehem"də keçirmək istədiyini deyib:

 

"Məqsədim bütün karyeramı "Tottnehem"də keçirməkdi. Möhtəşəm bir komandaya, baş məşqçiyə, yüksək səviyyəli məşq bazasına sahibik. Xoşbəxt olmağım üçün lazım olan hər şey "Tottenhem"də var".

 

Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Keyn "Tottenhem"in yetirməsidi. O, 2013-cü ildən londonluların əsas komandasında çıxış edir.

Xəbər xətti