UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” doğma meydanda Danimarkanın “Midtyulland” komandası ilə qarşılaşıb. “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu "Astana" oyunda 2:1 hesablı qələbə qazanıb.
Almeyda bu görüşün iştirakçısı olub. Qriqorçuk millimizin üzvünü 76-cı dəqiqədə meydana buraxıb. Riçard 81-ci dəqiqədə sarı vərəqə də alıb.
“Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike də “Astana”nın start heyətində meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Bu komandalar arasında cavab görüşü avqustun 1-də Danimarkada keçiriləcək.
saytlarin hazirlanmasi