Avrokubokların II təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, ötən gün ÇL-də baş tutan 7 oyundan sonra Azərbaycanın reytinq cədvəlində dəyişiklik baş verməyib. Ölkəmiz 17.750 xalla 22-ci pillədə qərarlaşıb.
Azərbaycandan 1 pillə irəlidə olan Polşanın 18.125 xalı var. Ən yaxın izləyicimiz olan Belarus 17.625 xalla 23-cüdür.
saytlarin hazirlanmasi