"Mənim üçün tamamilə yeni bir təcrübə oldu. Çünki mən hələ komandamızdakı futbolçuların adını öyrənməmişəm. İlk oyundan sonra üstünlük qazandıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Astana"nın vingeri Pedro Enrike ÇL-in II təsnifat mərhələsinin "Mitdyulland"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunundan sonra deyib. 28 yaşlı futbolçu debütündən danışıb:
"Roman Qriqorçuk məni "Qarabağ"dan tanıyırdı. Meydana çıxmağa görə məmnun oldum. Deməli, baş məşqçi mənə güvənir. Debüt görüşümdə özümü sərbəst hiss etdim, meydanda rahat oldum. Yeni futbolçularla, yeni taktika ilə çıxış etdim. Şəhəri və azarkeşləri hələ yaşı tanımıram. Amma nə qədər böyük olduğunu başa düşürəm. Stadionda əla atmosfer var idi. Hər şey ürəyimcə oldu".
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.
saytlarin hazirlanmasi