"Rəqibin güclü komanda olduğunu bilirdik. Buna görə "Qarabağ"dan belə oyun gözləyirdik".
Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi" klubunun futbolçusu Simon Rumbullaku deyib.
27 yaşlı futbolçu komndasının çıxışından razı qaldığını bildirib: "Rəqibin heyətində yüksək texnikaya malik futbolçular var. Taktiki cəhətdən ideal çıxış etdik. "Qarabağ" ikinci hissədə böyük təzyiq edirdi. Nəticə çox önəmli idi. Düzdü, hücum xəttində yaxşı oynamadıq, ancaq uğurlu müdafiə olunduq. Diqqətsizlik etməmək üçün çox əziyyət çəkdik. Yaxşı oyun sərgilədik, uşaqlar sona qədər mübarizə apardılar. Komandamız bu nəticəyə layiq idi. İndi daha çox hazırlaşmalıyıq".
Müdafiəçi mərhələ keçmək şanslarının olduğunu vurğulayıb: "Əlbəttə, mərhələ keçməyi arzulayırıq. Əgər səbirli olsaq, mütləq şansımız olacaq. İşin bir hissəsini görmüşük. Ancaq müdafiədə diqqətli oynamalıyıq. Çünki "Qarabağ" çox təhlükəli komanda olduğunu ilk oyunda göstərdi".
Rumbullaku heyətdə dəyişkliklərin olduğunu və bunun çətinliklər yaratdığını sözlərinə əlavə edib: "Heyətimizdə müəyyən dəyişikliklər var idi və belə oynamaq çətin idi. Çünki bir-birimizi hələ tanımırıq. Uliyam güclü futbolçudur. Müdafiədə komandaya çox kömək etdi. Onunla birlikdə çıxış etməkdən məmnunam".
saytlarin hazirlanmasi