Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı

15:49 - 27 İyul 2018

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasına təyinat alıb.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında iş başında olacaq.

 

Ağayev III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada keçiriləcək matçda baş hakim olacaq. O, “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmada fit çalacaq

 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər xətti