Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu yerli "Osmanlıspor"la qarşılaşıb. Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 21-ci dəqiqədə Türkiyə I Liqasında çıxış edən komandanın futbolçusu Salih Zafer qapıları səhv salıb - 0:1.
Qeyd edək ki, "Zirə" Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin "Əl-Xaritiyah" (1:1) klubu və Türkiyə "Giresunspor"u (0:0) ilə bərabərə qalıb.
saytlarin hazirlanmasi