Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün son yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Şüvəlan”la qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Emil Qasımov və İdris İnqilablı fərqlənib.
Xatırladaq ki, millimiz daha öncə “Keşlə”nin əvəzedicilərini 4:0, “Qəbələ”nin eyni komandasını isə 2:0 hesabı ilə məğlub etmşdi. Yığma komandamız I Divizionun digər təmsilçisi MOİK-ə də qalib gəlmişdi - 2:1.
saytlarin hazirlanmasi