"Digər təkliflərim olsa da, Albaniyanın ən güclü komandası olan "Kukesi"yə keçdim. Çempionlar Liqasında oynamaq üçün bu komandaya gəldim".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Kukesi" klubunun yeni transfer Reginaldo deyib. 28 yaşlı hücumçu ÇL-də "Qarabağ"la Bakıda keçiriləcək cavab görüşündə meydana çıxmaq istədiyini deyib: "Komandaya yeni qoşulmuşam. "Laçi"də olduğu kimi, "Kukesi"də də çoxlu qollar vurmaq istəyirəm. "Qarabağ"la oyuna hazıram və meydana çıxmaq istəyirəm".
Qeyd edək ki, "Kukesi" - "Qarabağ" oyunu 0:0 hesabı ilə başa çatıb. Cütün cavab görüşü avqustun 1-də keçiriləcək.
saytlarin hazirlanmasi