"Qarşıda bizi cavab oyunu gözləyir. Daha bir tarix yazmaq üçün növbəti 90 dəqiqəni gözləyirik. "Kukesi"nin Bakıdakı vəzifəsi o qədər asan olmasa da, hər halda ilk qarşılaşmadakı 0:0 hesablı bərabərlik bizə ümid verir".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu deyib. Albaniya klubunun baş məşqçisi Bakıda keçiriləcək cavab oyunu ilə bağlı danışıb. Mütəxəssis komandasına inandığını deyib:
"Əsas odur ki, komanda ilk qarşılaşmada xarakterli və istəkli oynadı. Cəhd edəcəyik. Oyunçularımız ilk qarşılaşmada rəqibə qapıya zərbə vurmağa imkan vermədilər. Əsas məsələ ehtiyatı əldən verməməkdir. İlk oyunda olduğu kimi, tələsməməli və qapımızı təhlükədən uzaq tutaraq oynamalıyıq. Hücumçular isə həlledici məqamda daha sakit oynamalıdırlar. Nəticə özü bizə həm ümid verir, həm də ehtiyatlı olmağı tələb edir. Qol epizodları zamanı əsəblərimizə hakim olmalıyıq. Biz hər şeyə hazırıq. Rəqibin təzyiq edəcəyini bilirik və buna uyğun hazırlıq keçmişdik. İlk qarşılaşmadakı hesabı nəzərə alsaq, penaltilər ehtimalını da düşünmüşük. Şansımızı təsadüfə saxlamaq istəmirik".
Kunqu yeni transferlərə şans verə biləcəyiniz söyləyib: "Yeni transferlərimiz oyuna hazırdırlar, həmçinin də Reqinaldo. Bəlkə də bir neçə dəqiqə şans verəcəyik, amma hər haldan oynaya biləcək durumdadır".
saytlarin hazirlanmasi