Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la üz-üzə gələcək "Kukesi" Bakıya gəlib.
Sportal.az xəbər verir ki, Albaniya klubunu sabiq hücumçusu Rauf Əliyev və keçmiş baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar. Fotodokı digər oyunçular isə adları "Keşlə" ilə hallanan Rüstəm Hoca və Valon Etemidir. Onlar Milinkoviçlə transferlə bağlı müzakirələr aparıblar.
Qeyd edək ki, Əliyevlə Milinkoviç ötən mövsümün qış fasiləsində "Kukesi"dən ayrılmışdılar.
Əlavə edək ki, "Qarabağ" - "Kukesi" oyunu sabah 21:00-da baş tutacaq. İlk görüşdə hesab açılmamışdı.
saytlarin hazirlanmasi