“Zirə” Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışını başa vurub.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün saat 21:00-da Bolu – İstanbul - Bakı reysi ilə vətənə dönüb.
Qeyd edək ki, iyulun 19-dan Boluda toplanışda olan “Zirə” bu müddətdə 4 yoxlama oyunu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Qətərin “Əl-Xaritiya” və Türkiyənin “Girəsunspor” klubları ilə heç-heçə edib – 1:1, 0:0. Həmçinin, yerli “Osmanlıspor”a 1:0, İran “Traktorsazi”sinin U-23 komandasını isə 3:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi