“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi “Kukesi”ni keçsə, növbəti mərhələdə BATE klubu ilə üz-üzə gələcək. Belarus təmsilçisi II təsnifat mərhələsində Finlandiyanın “Helsinki” klubunu mübarizədən kənarlaşdırıb.
Tərəflər arasında Belarusda keçirilən ilk oyunda hesab açılmamışdı. Cavab oyununda isə BATE minimal hesablı (2:1) qələbəyə sevinib.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.
saytlarin hazirlanmasi