"Kukesi"nin baş məşqçisi: "Səviyyə fərqi böyükdür"

23:08 - 1 Avqust 2018

 “Bizim üçün çətin oyun olacağını bilirdik. Təəssüf ki, istədiklərimizi edə bilmədik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib. Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olub.  İki oyunun nəticəsinə görə, albanlar mübarizəni dayandırıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:

 

- Etiraf etmək lazımdı ki, komandalar arasında səviyyə fərqi böyükdür. Rəqibimizi qələbə münasibəti ilə təbrik edirəm. "Qarabağ"ın heyətində Emeqarnı qeyd etmək istərdim. O, bizə çox çətin anlar yaşatdı.

 

- Mübarizəni Avropa Liqasında davam etdirəcəksiniz. Bu oyunla nəyə ümid edirsiniz?

- Hansısa fikir bildirmək üçün rəqibimizin adını bilməliyik. Ona görə də, bu barədə danışmaq istəməzdim.  

Xəbər xətti