"Qarabağ"ın qələbəsi Azərbaycanın reytinq xalını artırdı

10:10 - 2 Avqust 2018

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ikinci günündən sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın mövqeyi dəyişməyib. “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə "Kukesi"yə 3:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 18.125-ə yüksələn Azərbaycan 23-cü pillədəki yerini qoruyub.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 23-cü pillədəyik. Azərbaycanın hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər xətti