Türkiyə klubunda maraqlı hadisə: 4 saatlıq baş məşqçi

21:52 - 1 İyun 2019

Türkiyənin "Kasımpaşa" klubu bu gün baş məşqçi vəzifəsinə rəsmən təyin etdiyi İbrahim Üzülməzlə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalasa da, 4 saat sonra sözləşməsinə xitam verib.

 

Klub rəhbərliyi və baş məşqçi arasında fikir ayrılığı yarandığı üçün belə qərar qəbul edilib. Üzülməz klubun hədəfləri ilə transfer siyasətində rəhbərliklə sözlərinin üst-üstə düşmədiyini bildirib.

 

"Kasımpaşa"nı son olaraq Mustafa Dənizli çalışdırıb.

Xəbər xətti