Ramillə Ayazın qarşılaşdığı Moskva derbisi - VİDEO

12:55 - 4 Avqust 2019

Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasnı geyindi "Dinamo" "Spartak"ın qonağı olub. Moskva derbisində hesab açılmayıb.

 

Şeydayev oyuna start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəz olunub. "Spartak"ın heyətində çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev isə 90 dəqiqə meydanda olub.

 

"Dinamo" və "Spartak" 5 xalla 8-9-cu yerləri bölüşür.

 

Xəbər xətti